“Araz Naxçıvan” rəhbərliyindən təşəkkür

“Araz Naxçıvan” komandası fəaliyyətini dayandırması və çempionatdan imtinası barədə rəsmi olaraq məlumat verib. Allsport.az saytının məlumatına görə, “qırmızılar” klub saytı vasitəsilə daha bir açıqlama yayıb.

Bildirilir ki, klub rəhbərliyi ötən mövsümdən bu günədək komandanın uğurları üçün çalışan hər bir kəsə təşəkkürünü bildirir və onlara qarşıdakı karyeralarında uğurlar arzulayır.

“Araz Naxçıvan”a ötən mövsüm Birinci divizionda uğur qazandıran və cari mövsümdə hər zaman komandanın yanında olan məşqçilər korpusu və futbolçuların siyahısı da açıqlanıb.

Həmin kateqoriyadan