“Araz Naxçıvan”ın nüfuzunu “Şərur” qoruyacaq

“Araz Naxçıvan”ın hazırkı durumu yerli azarkeşləri çox üzüb. Allsport.az saytı rekord.az-a istinadən xəbər verir ki, “qırmızılar”ın Premyer liqada çıxışı qeyri-müəəyn olduğu bir dönəmdə muxtar respublikada yeni komanda yaradılır.

“Şərur” adlanacaq komanda gələn ildən Birinci divizionda mübarizə aparmağı planlaşdırır. Kluba imkanlı naxçıvanlılar sponsorluq edəcək və “Araz Naxçıvan”dan fərqli olaraq, bu klubun daha yaxşı maliyyə dayaqları olacağı gözlənilir. Komanda həmyerliləri kimi ilk ildəcə güclülər dəstəsinə vəsiqəni hədəfləyəcək. Ancaq onu da deyək ki, əyalət təmsilçisi Bakıda məskunlaşacaq.

Artıq “Şərur”u çalışdıracaq mütəxəssis də bəllidir. Bu, Azərbaycanın tanınan məşqçilərindən olan Əfqan Talıbovdur. Kollektiv paytaxtda hazırlığa da başlayıb və gündə 1 dəfə olmaqla Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı süni örtüklü meydançada məşq keçir.

Həmin kateqoriyadan