- Baxış sayı: 15
- 09 Noyabr 2026 17:55
- Baxış sayı: 116
- Noyabr 09, 2026
- 0

“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Azərbaycan premyer liqasının XXVIII turunun “Sabah”la səfər matçına (1:0) start heyətində çıxıb.
İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/16 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.
O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İsmayıl bütün qollarını Ağdam klubunda vurub.