- Baxış sayı: 10
- 03 Noyabr 2026 19:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Arsenal” qış transfer pəncərəsində heyətini gücləndirmək istəyir.
Allsport.az xəbər verir ki, Bukayo Sakanın uzun müddətə sıradan çıxması London klubunu hücum xəttini gücləndirmək barədə düşünməyə vadar edib. “Topçular” “Bavariya”dan Kinqsli Komanı transfer edərək bu sıxıntını həll etmək istəyir.
Komanla digər klubların, xüsusilə də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun da maraq göstərdiyi qeyd edilir.