“Arsenal”a bir addım yaxınlaşdı

“Arsenal”a bir addım yaxınlaşdı

“Arsenal” “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraeşin transferini başa çatdırmağa yaxındır.

Allsport.az xəbər verir ki, London təmsilçisi 28 yaşlı braziliyalı futbolçu üçün 90 milyon avroluq təklif irəli sürüb və tərəflər arasında danışıqlar son mərhələyə çatıb.

Hazırda klublar bonus ödənişləri və agent komissiyaları ilə bağlı detalları müzakirə edir. Bu məsələlər yaxın günlərdə həll olunacağı təqdirdə, Bruno Gimaraeş rəsmi olaraq “Arsenal”ın futbolçusu olacaq.

Transferi futbolçunun keçmiş klubu “Lion” da yaxından izləyir. Fransa klubu 2022-ci ildə Gimaraeşi “Nyukasl”a satarkən onun növbəti transferindən əldə olunacaq məbləğin 20 faizini özündə saxlayıb.

Mümkün transferin “Lion”a 8 milyon avrodan artıq gəlir qazandıracağı gözlənilir.

Həmin kateqoriyadan