- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Arsenal”ın baş məşqçisi Mikel Artetanın böyük oğlu Qabriel Arteta Bernal “topçular”ın U-18 komandasında rəsmi matçda debüt edib. Allsport.az saytı xəbər verir ki, londonlular “Redinq”i 3-0 yeniblər və 16 yaşlı cinah oyunçusu 70-ci dəqiqədə əvəzetmədən meydana çıxıb.
Fevral ayında kiçik Arteta “Arsenal”ın U-18 komandasının “İpsviç”ə qarşı yoldaşlıq oyunu üçün heyətə qoşulub və ötən ilin oktyabrında U-17 komandasında premyer liqa kuboku matçında “Uotford”a qarşı debüt edib.