“Artıq mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq”

“Neftçi”nin baş məşqçisi Roberto Bordin qitə liqasının ilk ələməsində “Sperantsa” klubu ilə səfər oyunundan sonra fikirini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis həm nəticədən, həm də futbolçuların oyuna yanaşmasından razı qaldığını bildirib:

“Əlbəttə, nəticədən çox razıyam. Bundan da çox futbolçuların oyuna yanaşmasından razı qalıdm. İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər və sonadək bunu göstərdilər.

Mənim üçün əsas budur. Artıq mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq. Qarşıda bir həftə var. Bu müddət ərzində cavab oyununa yaxşı hazırlaşmalıyıq”.

Xatırladaq ki, “ağ-qaralar” Moldovada rəqibi 3:0 məyus edib.

Həmin kateqoriyadan