Arzu kubokunda kimlər fərqləndi?

Konkur üzrə Arzu kubokuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, maneələrin hündürlüyü 80-85 santimetr olan “E” dərəcəli yarışda 14 idmançı arasında “Walonka” ləqəbli atla “Elite Horse & Polo Club”un idmançısı Ramil İbrahimov 1-ci olub.

“M” kateqoriyalıda Ələkbər Məmmədov “AFP S Chantal 261” və “Francesco” ləqəbli atlarla ilk 2 pilləni tutub. Burada çaparlar hündürlüyü 120-125 santimetr olan maneələri dəf ediblər.

Maneələrin hündürlüyü 135-140 santimetr olan “S” rəqabətində “Cera 59” ləqəbli atla Kənan Novruzov bütün rəqiblərini qabaqlayıb.

Yarışın ümumi mükafat fondu 5 min manat olub.

Həmin kateqoriyadan