- Baxış sayı: 61
- 07 Sentyabr 2026 18:46
- Baxış sayı: 380
- Sentyabr 08, 2026
- 0

Sentyabrın 11-13-də keçiriləcək “See breeze 2026” beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimat mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan respublikası atçılıq federasiyasının baş katibi Elvin Məmmədxanov turnirdə iştirak edəcək komandalara uğurlar arzulayıb. O, mübarizənin maraqlı keçəcəyinə və sonda güclü komandanın qalib gələcəyinə ümid etdiyini bildirib.
Daha sonra “Vorld polo” şirkətinin prezidenti Reto Qaudenzi İsveçrə, Böyük Britaniya, Azərbaycan və Rusiyanı təmsil edən komandaları ardıcıl olaraq səhnəyə dəvət edib. Təqdimat mərasiminin sonunda komandaların iştirakı ilə kollektiv foto çəkdirilib.
Sentyabrın 11-də saat 16:00-da turnirin açılış oyununda “Red Star” və “Sankt Moritz” komandaları qarşılaşacaq. Günün ikinci matçında isə yerli “Elite polo klub” “Moskva polo klub”la üz-üzə gələcək.
Turnirə sentyabrın 13-də yekun vurulacaq.