- Baxış sayı: 101
- 10 Sentyabr 2026 20:35
- Baxış sayı: 425
- Sentyabr 08, 2026
- 0

“Elite polo club” Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq çimərlik polosu turnirində ilk oyununa çıxıb.
Allsport.az xəbər verir ki, “Sea breeze 2026” turnirində Azərbaycan təmsilçisi “Moscow polo club”la qarşılaşıb.
Görüş “Elite polo club”un 7:3 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan komandasının kapitanı Elçin Camallı 5, Tərlan Qurbanəliyev isə 2 qol vurub.
Günün digər oyununda İsveçrənin “Sankt Moritz” və Böyük Britaniyanın “Red star” komandaları üz-üzə gəlib. Əsas vaxtda qalib müəyyənləşməyib və qarşılaşmanın taleyi əlavə vaxtda həll olunub. “Sankt Moritz” 7:6 hesabı ilə qalib gəlib.
Sabah “Elite polo club” “Red star”la qarşılaşacaq. Digər matçda isə Rusiya və İsveçrə təmsilçiləri üz-üzə gələcəklər.