- Baxış sayı: 136
- 28 May 2026 15:00
- Baxış sayı: 50
- İyul 05, 2026
- 0
Binə atçılıq mərkəzində cıdır yarışları keçirilib. Allsport.az saytı xəbər verir ki, ötüşmədə Qarabağ, “Dilbaz” və ingilis cinslərinə mənsub ümumilikdə 20 atın iştirakı ilə 5 maraqlı qaçış keçirilib.
3 yaşlı Dilbaz atları arasında keçirilən qaçışda Rauf Tahirov “Zilahar” ləqəbli atla birinci olub. Sadiq Azayev “Şans” ləqəbli atla ikinci, Mahmud Ağazadə isə “Sarban” ləqəbli atla üçüncü yeri tutublar.
4 yaşlı “Dilbaz” atlarının mübarizəsində Rauf Tahirov “Zəmzəm” ləqəbli atla birinci yeri tutub. Sadiq Azayev “Nişan” ləqəbli atla ikinci, Ramal Əliyev isə “Lavin” ləqəbli atla üçüncü olublar.
5 yaş və yuxarı Qarabağ atlarının yarışında Hilal Nəzərov “Sultan” ləqəbli atla birinci yeri qazanıb. Rauf Tahirov “Xatun” ləqəbli atla ikinci, Ramal Əliyev isə “Nihat” ləqəbli atla üçüncü olublar.
Beş yaş və yuxarı Dilbaz atlarının yarışında Hilal Nəzərov “Bar-Bar” ləqəbli atla birinci olub. Ramal Əliyev “Senator” ləqəbli atla ikinci, Mahmud Ağazadə isə “Həkəri” ləqəbli atla üçüncü yeri tutublar.
İngilis atlarının yarışında Rauf Tahirov “Calix” ləqəbli atla birinci olub. Hilal Nəzərov “Bahr” ləqəbli atla ikinci, Sadiq Azayev isə “Nazlıcan” ləqəbli atla üçüncü yeri tutublar.