“Aşdod”–“Qarabağ” matçı serblərə tapşırıldı

Konfrans liqasının 2-ci ələməsinin “Aşdod” – “Qarabağ” matçının hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, israillilərlə görüşü Serbiyadan olan dəstə idarə edəcəklər.

Novak Simoviç matçın baş hakimi olacaq. Ona yan xətlərdə Nikola Coroviç və Miloş Simoviç kömək edəcəklər. 4-cü referi funksiyasını Aleksandr Jivkoviç yerinə yetirəcək.

“Aşdod” – “Qarabağ” oyunu iyulun 29-da saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan