“”Atalanta” qələbəyə tam layiq idi”

“Bayer-04″ün müdafiəçisi və kapitanı Conatan Tah Avropa liqasının finalında “Atalanta”ya məğlubiyyəti (0:3) şərh edib.

Allsport.az xəbərv erir ki, bu barədə o, UEFA-ya açıqlama verib:

“Bu, şübhəsiz ki, böyük bir məyusluqdur. Bu qədər irəli gedəndə fərqli nəticə istəyirsən. İndiki fikirlərimiz bunlardır. Bununla belə, biz irəliləməyə davam etməliyik. Bizi çox vacib oyun gözləyir Almaniya kubokunun finalında “Kayzerslautern”lə. Biz bu ağrını qəbul edib sabah irəli getməliyik.

“Atalanta” qələbəyə tam layiq idi. Oyunumuzu tapa bilmədik. Onlar təkbətək döyüşlərdə daha aqressiv idilər, bizə çox az boş yer buraxdılar və buna görə də bu gün bizi layiqincə məğlub etdilər”.

Həmin kateqoriyadan