- Baxış sayı: 74
- 07 Noyabr 2024 23:41
- Baxış sayı: 239
- Noyabr 06, 2024
- 0
Bakı-2015 Avropa Oyunları bu gün İspaniyanın “Atletiko” (Madrid) klubu ilə müqavilə imzalayıb. Allsport.az xəbər verir ki, müqaviləyə görə, Madrid komandasının formalarında 2014-15 mövsümünün sonunadək UEFA Çempionlar Liqasının və İspaniya La Liqasının oyunlarında ilk Avropa Oyunlarının loqotipi əks olunacaq.
“Atletiko”nun hazırkı turizm mövzulu “Odlar yurdu Azərbaycan” (Land of fire Azerbaijan) sponsor loqotipi bu gün “Visente Kalderon” stadionunda keçiriləcək “Real”a qarşı oyununda yenilənəcək.
“Atletiko”nun baş icraçı direktoru cənab Migel Anxel Gil Marin bildirib: “Oyunçularımız bu gündən etibarən mövsümün sonunadək böyük qürur hissi ilə Bakı-2015 loqotipli formaları geyinəcəklər. İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır. Biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq”.
“Altetiko” hazırda ötən mövsüm La Liqadakı çempionluq uğurunu təkrarlamaq niyyətindədir və həmçinin futbol dünyasının ən nüfuzlu klub yarışı olan UEFA Çempionlar Liqasının ələmə mərhələsindədir. Klub İspaniyada çox populyardır və onların televiziyada yayınlanan matçları adətən Avropa və bütövlükdə dünyada milyonlarla tamaşaçı tərəfindən izlənilir.
Bakı-2015-in kommersiya direktoru cənab Çarli Viceratna bildirib: “Atletiko” İspaniyanın La Liqa çempionu və dünyanın ən tanınmış futbol klublarından biridir. Bakı-2015 loqotipinin onların formalarında əks olunması Avropa Oyunları haqqında məlumatlılığın, brendimizin dəyərinin və yaratdığımız təkanın artırılmasının innovativ yoludur”.