Autizmli uşaqlar üçün futbol dərslərinə start verilib

AFFA-nın təşkilatçılığı ilə Azərbaycan autizm assosiasiyasında futbol dərslərinə start verilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən AFFA-nın kütləvi futbol departamentinin rəhbəri Fərrux İsmayılov, futbolun sosial məsuliyyəti üzrə meneceri Kifayət Mustafayeva, eləcə də Azərbaycan autizm assosiasiyasının sədri Elnur Məmmədli iştirakçıları qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və təqvim ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.

Futbol dərsləri AFFA tərəfindən təyin olunmuş məşqçi tərəfindən həftədə 2 dəfə olmaqla keçirilir.

Həmin kateqoriyadan