Avro-2020: 19,3 milyon bilet istəyi ilə ağlasığmaz rekord

Azarkeşlər indiyə qədər görünməmiş sayda – 19,3 milyon qitə çempionatı bileti üçün müraciət ediblər. Allsport.az saytı xəbər verir ki, Avro-2020 ev sahibliyini həyata keçirən 12 şəhərdə 3 milyon bilet satışı ilə tarixin ən böyük yarışması olacaq.

12 iyun və 12 iyul tarixləri arasında 1,5 milyon bilet satışa çıxarılıb. 19,3 milyon bilet üçün müraciət qəbul edilib. Bu rəqəm Avro-2016-dan öncə eyni mərhələ zamanı biletlərə olan tələbat səviyyəsindən, demək olar ki, iki dəfə çoxdur. Biletlərinin ilkin satış mərhələsi zamanı ekvivalent 11 milyonluq rekordu vuraraq, heyrətləndirici rəqəm olan 19,3 milyon bilet sorğusu alıb.

Həmin kateqoriyadan