Avro-2020 koronavirusa təkan verib

Böyük Britaniyanın səhiyyə xidməti Avro-2020 ilə bağlı araşdırmalar aparıb. Allsport.az saytı xəbər verir ki, qurum çempionat zamanı koronavirusa yoluxmaların sayını müəyyənləşdirib.

Londonda “Uembli” stadionunda 8 matçı 3036 xəstə tamaşaçı tribunadan izləyib. Onlar infeksiyanı digər 6376 nəfərə keçirdib.

Final matçı daha riskli olub. İngiltərə və İtaliya arasında görüşdə 2295 koronavirusa yoluxan azarkeş infeksiyanı 3404 nəfərə ötürüb.

Həlledici görüşə 67 min tamaşaçı baxıb.

Avro-2020-nin “A” qrupunda 3 oyun və Danimarka və Çex Respublikası arasında 1/4 final matçı Bakı olimpiya stadionunda keçirilib.

Həmin kateqoriyadan