Avroliqada da rəqiblərimiz bilindi

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycanı bu mövsüm qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirində təmsil edəcək “Neftçi”, “İnter” və “Qəbələ” də rəqibini tanıyıb.

“Qəbələ”dən fərqli, daha yaxşı reytinqə malik “İnter”lə “Neftçi” Avroliqanın birinci təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində yer almışdı. Bu, onlara keçiləsi rəqiblərlə düşmək imkanı yaratdı.

“Neftçi”nin beş potensial rəqibi bunlar idi: “Çukariçki” (Serbiya), “Qlentoran” (Şimali İrlandiya), “Mladost” (Çernoqoriya), “Yuni Kollec” (İrlandiya), “Partizani” (Albaniya).

“İnter”in beş potensial rəqibi isə aşağıdakı klublar idi: “Ferençvaroş” (Macarıstan), “Trakay” (Litva), VPS (Finlandiya), “Kork Siti” (İrlandiya), “Laçi” (Albaniya).

Püşkatma nəticəsində “Neftçi” Çernoqoriya “Mladost”una, “İnter” isə Albaniya “Laçi”sinə rəqib oldu. Hər iki təmsilçimiz ilk oyunu səfərdə keçirməlidir. Amma istisna deyil ki, bu klublarımızdan birinin ilk oyunu Bakıya keçirilsin.

Daha öncə “Neftçi” və “İnter”in potensial rəqiblərinin tam siyahısı isə belə idi:
“Çukariçki” (Serbiya), “Çelye” (Sloveniya), “Ferençvaroş” (Macarıstan), “Flora” (Estoniya), “Nomme Kalyu” (Estoniya), “Skonto” (Latviya), “Sutyeska Niksiç” (Çernoqoriya), “Vikinqur” (Farer adaları), “Renova” (Makedoniya), “Odd Qrenland” (Norveç), “Kukesi” (Albaniya), “Şkendiya” (Makedoniya), “Tiraspol” (Moldova), MTK (Macarıstan), “Mladost” (Çernoqoriya), “Kayrat” (Qazaxıstan), “Ordabası” (Qazaxıstan), “Qlentoran” (Şimali İrlandiya), VPS (Finlandiya), “Kalev” (Estoniya), “Saksan” (Moldova), “Dinamo” (Batumi, Gürcüstan), “Spartak” (Gürcüstan), “Laçi” (Albaniya), “Lusitanos” (Andorra), SJK (Finlandiya), “Laxti” (Finlandiya), “Vikinqur” (İslandiya), “Yelqava” (Latviya), “Olimpik” (Bosniya və Herseqovina), “Runavik” (Farer adaları), “Sankt Xuliya” (Andorra), “Atlantas” (Litva), “Qlenavon” (Şimali İrlandiya), “Kork Siti” (İrlandiya), “Yuni Kollec” (İrlandiya), “Kruoya” (Litva), “La Fiorita” (San-Marino), “Partizani” (Albaniya), “Proqres” (Lüksemburq), “Yuvenes” (Lüksemburq), “Kollec Avropa” (Cəbəllütariq), “Eyrbas” (Uels), “Trakay” (Litva), “Spartak” (Latviya), “Balzan” (Malta), “Bala Taun” (Uels), “Nyu Taun” (Uels).

“Qəbələ” isə səpələnməmişlər səbətində yer aldığına görə, özündən güclü komandaya rəqib olacaqdı. Bölgə klubunun son beş potensial rəqibi bunlar seçilmişdi: “Vest Hem” (İngiltərə), “Dinamo” (Tiflis, Gürcüstan), “Spartak” (Trnava, Slovakiya), “Valletta” (Malta), “Daçiya” (Moldova).

Püşkatma nəticəsində təmsilçimiz Tiflis “Dinamo”suna rəqib oldu. “Qəbələ” də ilk oyununu səfərdə, cavab görüşünü evdə keçirməlidir.

“Qəbələ”nin potensial rəqiblərinin tam siyahısı isə aşağıdakı kimi idi:

“Vest Hem” (İngiltərə), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), “Elfsborq” (İsveç), “Hayduk” (Xorvatiya), “Apollon” (Kipr), “Omoniya” (Kipr), “Slovan” (Slovakiya), AİK (İsveç), “Jilina” (Slovakiya), “Aktobe” (Qazaxıstan), “Şlensk” (Polşa), “Qo Ehed İqlz” (Hollandiya), “Srvena Zvezda” (Serbiya), “Brondbü” (Danimarka), “Şaxtyor” (Belarus), “Dinamo” (Tiflis, Gürcüstan), “Voyvodina” (Serbiya), “Spartak” (Slovakiya), “Hafnarfyordur” (İslandiya), “Sent Conston” (Şotlandiya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Randers” (Danimarka), “Stromsqodset” (Norveç), “Reykyavikur” (İslandiya), “Botoşani” (Rumıniya), “Lokomotiva” (Xorvatiya), “Şemrok Rovers” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Linfild” (Şimali İrlandiya), “Beroe” (Bolqarıstan), “Valletta” (Malta), “Differdanj” (Lüksemburq), “Rabotniçki” (Makedoniya), “Torpedo Belaz” (Belarus), “Aberdin” (Şotlandiya), “Daçiya” (Moldova), “Koper” (Sloveniya), “Sent-Patriks Atletik” (İrlandiya), “Lokomotiv” (Bolqarıstan), “Beytar” (İsrail), “Jrinski” (Bosniya və Herseqovina), HB (Farer adaları), “Buduçnost” (Çernoqoriya), “Birkirkara” (Malta), “Domjale” (Sloveniya), “Vaduts” (Lixtenşteyn).

Qeyd edək ki, Avroliqanın birinci təsnifat mərhələsinin oyunları iyulun 2-9-da, ikinci təsnifat mərhələsinin görüşləri isə 16-23-də keçiriləcək.

Həmin kateqoriyadan