- Baxış sayı: 73
- 17 Sentyabr 2026 20:23
- Baxış sayı: 184
- Sentyabr 17, 2026
- 0

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının “C” qrupunda ilk matçını keçirib.
Allsport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv Portuqaliya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan yığmasının 3:1 (25:22, 23:25, 27:25, 25:20) hesablı qələbəsi ilə nəticələnib.
Komanda turnirdə növbəti görüşünü avqustun 23-də İspaniya millisinə qarşı keçirəcək.
Bakıdakı oyunlar avqustun 28-nə qədər milli gimnastika arenasında təşkil olunacaq.