- Baxış sayı: 55
- 19 İyul 2026 23:37
- Baxış sayı: 55
- İyul 19, 2026
- 0

Çimərlik futbolu üzrə Azərbaycan millisi Batumidə keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) üçüncü oyuna çıxıb.
Allsport.az xəbər verir ki, “B” liqasının “B” qrupunda yer alan millimiz Latviya yığması ilə qarşılaşıb.
Batumi çimərlik meydançasında baş tutan görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində hər iki qolu Orxan Məmmədov vurub.
Bununla qrupda ikinci yeri tutan Azərbaycan millisi pley-off mərhələsinə vəsiqə qazanıb. Komandamız bu raundda Norveç yığması ilə qarşılaşacaq.
Millimiz qrupdakı ilk iki oyunda İngiltərəyə 8:3, Slovakiyaya 4:2 hesabı ilə qalib gəlib.