Avropa komissiyası ilə UEFA-nın birgə bəyannaməsi

Brüsseldə Avropa kommissiyası və UEFA-nın təşkilatçılığı ilə “İdman qurumlarının Avropa Birliyi tərəfindən maliyyələşdirilməsi imkanları” mövzusunda seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantı Avropa kommissiyası, qitə ölkələrinin hökumət üzvləri, UEFA və bura üzv olan 55 milli assosiasiyasının nümayəndələrinin iştirakı ilə regionlar üzrə Avropa kommisiyasının baş ofisində təşkil olunub. AFFA-nın marketinq və sponsorluq şöbəsinin müdiri Tural Piriyev seminarda iştirak edib.

Regionlar üzrə Avropa kommissiyasının prezidenti Karl-Haynz Lambertz açılış nitqi ilə çıxış edərək, idmanın və xüsusilə də, futbolun Avropada inkişafın, sosial inklüzivlik və həmrəyliyin təbliği üçün çox böyük rolu olduğunu və Avropa birliyinin idmanın və futbolun inkişafına yaxından dəstək olmasının vacibliyini qeyd edib.

Gün ərzində davam edən seminarda müxtəlif təqdimatlar edilib və qrup müzakirələri keçirilib. Avropa birliyinin maliyyə alətləri, birbaşa investisiya və dəstək proqramları ətraflı müzakirə olunub, milli assosiasiyalar tərəfindən müxtəlif təkliflər irəli sürülüb.

Seminarın sonunda regionlar üzrə Avropa kommissiyasının prezidenti Karl-Haynz Lambertz və UEFA-nın birinci vitse-prezidenti Karl-Erik Nilsson tərəfindən Avropa kommisiyası və UEFA-nın Avropada idmana birgə investisiyası ilə bağlı birgə bəyənnaməsi imzalanıb.

Həmin kateqoriyadan