Avropa liqası: “Fənərbağça” “Ayntraxt”la, “Qalatasaray” “Latsio” ilə qarşılaşacaq

Bu gün Avropa liqasında qrup mərhələsində ilk turun digər matçları keçiriləcək. Allsport.az xəbər verir ki, 2-ci oyun günündə 8 qrupda 15 qarşılaşma baş tutacaq.

Türkiyənin turnirdəki təmsilçilərindən “Qalatasaray” İtaliya “Latsio”sunu qəbul edəcək. “Fənərbağça” isə Almaniyada “Ayntraxt” (Frankfurt) komandasının qonağı olacaq.

A” qrupu
23:00. “Bröndbü” (Danimarka) – “Sparta” (Praqa, Çex Respublikası)
23:00. “Reyncers” (Şotlandiya) – “Lion” (Fransa)

“B” qrupu
23:00. “Monako” (Fransa) – “Şturm” (Qrats, Avstriya)
23:00. PSV (Eyndhoven, Niderland) – “Real Sosyedad” (İspaniya)

“C” qrupu
23:00. “Lester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)

“D” qrupu
23:00. “Ayntraxt” (Frankfurt, Almaniya) – “Fənərbağça” (Türkiyə)
23:00. “Olimpiakos” (Yunanıstan) – “Antverpen” (Belçika)

“E” qrupu
20:45. “Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya)
20:45. “Lokomotiv” (Moskva, Rusiya) – “Marsel” (Fransa)

“F” qrupu
20:45. “Midtüllan” (Danimarka) – “Lüdoqorets” (Razqrad, Bolqarıstan)
20:45. “Srvena Zvezda” (Belqrad, Serbiya) – “Braqa” (Portuqaliya)

“G” qrupu
20:45. “Bayer” (Leverkuzen, Almaniya) – “Ferentsvaroş” (Macarıstan)
20:45. “Betis” (İspaniya) – “Seltik” (Şotlandiya)

“H” qrupu
20:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Vest Hem” (İngiltərə)
20:45. “Rapid” (Vyana, Avstriya) – “Genk” (Belçika)

“C” qrupunun sentyabrın 15-də keçirilmiş görüşündə Polşa “Legiya”sı Moskvada “Spartak”a 1:0 qalib gəlib.

Həmin kateqoriyadan