Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atıldı

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatmada Azərbaycan futbolsevərlərinin də yaxından maraqlandığı qardaş ölkə Türkiyəni təmsil edən 2 klub – “Fənərbaxça” və “Qalatasaray”ın da rəqibləri bəlli olub.

ÇL-dən uzaqda qalan və mübarizəni Avroliqada davam etdirmək məcburiyyətində qalan “Qalatasaray” İtaliyanın “Latsio” klubu ilə mübarizə aparacaq. “Fənərbaxça” isə Rusiyanın “Lokomotiv” (Moskva) klubu ilə düşüb. Hansı ki, bu komanda Avroliqanın pley-off mərhələsinə çıxa bilməyən Türkiyənin digər təmsilçisi “Beşiktaş”la bir qrupda yer alırdı.

Azərbaycanın qrup mərhələsindəki təmsilçiləri “Qarabağ”la “Qəbələ”nin qrupundan çıxan komandaların da rəqibləri bilinib. “Qarabağ”ın qrupunda yer alan İngiltərə “Tottenhem”i İtaliyanın “Firoentina”, Belçika “Anderlext”i isə Yunanıstanın “Olimpiakos” klubu ilə üz-üzə gələcək. “Qəbələ”nin qrupundan çıxan Almaniyanın “Borussiya” (Dortmund) klubunu növbəti mərhələdə Portuqaliya “Portu”su, Rusiya “Krasnodar”ını isə Çexiya “Sparta”sı ilə mübarizə gözləyir.

Bütövlükdə, Avroliqanın 1/16 final mərhələsində aşağıdakı cütlüklər qarşılaşacaq:

“Valensiya” (İspaniya) – “Rapid” (Vyana, Avstriya)
“Fiorentina” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya) – “Portu” (Portuqaliya)
“Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Moskva, Rusiya)
“Anderlext” (Belçika) – “Olimpiakos” (Yunanıstan)
“Midtyulland” (Danimarka) – “Mançester Yunayted” (İngiltərə)
“Auqsburq” (Almaniya) – “Liverpul” (İngiltərə)
“Sparta” (Praqa, Çexiya) – “Krasnodar” (Rusiya)
“Qalatasaray” (Türkiyə) – “Latsio” (İtaliya)
“Sion” (İsveçrə) – “Braqa” (Portuqaliya)
“Şaxtyor” (Donetsk, Ukrayna) – “Şalke” (Almaniya)
“Olimpik” (Marsel, Fransa) – “Atletik” (Bilbao, İspaniya)
“Sevilya” (İspaniya) – “Mölde” (İsveç)
“Sportinq” (Lissabon, Portuqaliya) – “Bayer” (Levekusen, Almaniya)
“Vilyareal” (İspaniya) – “Napoli” (İtaliya)
“Sent-Etyen” (Fransa) – “Bazel” (İsveçrə)

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 18-də, cavab görüşləri isə həmin ayın 25-də keçiriləcək.

Həmin kateqoriyadan