Avropa liqasının kuboku Dubayda

Dövlət turizm agentliyi və Azərbaycan turizm bürosu ilə birgə Dubayda “Ərəb səyahət bazarı” beynəlxalq sərgisində bu il mayın 29-da Bakı olimpiya stadionunda təşkil olunacaq UEFA Avropa liqası finalı ilə bağlı xüsusi güşə quraşdırılıb. Allsport.az saytının məlumatına görə, stenddə Bakı-2019-la bağlı digər məlumatlarla yanaşı, avroliqanın rəsmi kuboku da nümayiş etdirilir.

Xatırladaq ki, kuboku bu mövsüm ilk dəfə martın 3-də Bakıda keçirilmiş, Avropa liqası Finalı Bakı-2019-a həsr olunmuş şou xarakterli oyunda ictimiyyətə nümayiş olunmuşdu. Məşhur futbol ulduzlarının iştirakı ilə keçirilmiş həmin oyundan əvvəl portuqaliyalı futbol ulduzu Deku kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim etmişdi.

UEFA Avropa Liqasının kuboku Bakıdan sonra İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə sərgilənmişdi. Mayın 29-da Bakı olimpiya stadionunda keçiriləcək final oyununa qədər kubokuAvropanın müxtəlif şəhərlərində təşkil ediləcək tədbirlərdə nümayiş olunacaq və final qarşılaşması ərəfəsində yenidən Bakıya gətiriləcək.  

Həmin kateqoriyadan