Avropa liqasının qrupunda “Qarabağ”ın rəqibləri bilindi

Avropa liqasının qrupunda “Qarabağ”ın rəqibləri bilindi

Bu gün İstanbulda Avropa liqasının qrup mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə “Qarabağ”ın rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi püşkatmaya 2-ci səbətdən qatılıb.

Nəticəyə əsasən, “G” qrupunda “Olimpiakos” (Yunanıstan), “Qarabağ” (Azərbaycan), “Frayburq” (Almaniya) və “Nant” (Fransa) yer alıblar.

Avropa liqasında qrup mərhələsinə sentyabrın 8-də start veriləcək.

Həmin kateqoriyadan