- Baxış sayı: 28
- 24 İyun 2026 15:16
- Baxış sayı: 77
- İyun 23, 2026
- 0

Çempionlar liqasında 2020/21 mövsümünün final matçı keçirilib. Allsport.az xəbər verir ki, həlledici matçda İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları üz-üzə gəliblər.
Portuqaliyanın Portu şəhərindəki “Draqau” stadionunda görüşün taleyini 1 qol həll edib. 42-ci dəqiqədə Kay Havertsin vurduğu qol “zadəganlar”a qələbə qazandırıb. London təmsilçisi tarixində 2-ci dəfə çempionlar liqasının qalibi, 1 dəfə finalçısı olub.
Xatırladaq ki, 2018/2019 mövsümündə Bakı olimpiya stadionunda keçirilmiş Avropa liqasının finalında “Çelsi” həmşəhərliləri “Arsenal”ı 4:1 məyus etmişdi.