Avropol və UEFA-nın birgə konfransı AFFA-nı kim təmsil edib?

Bu gün Niderlandın Haaqa şəhərində Avropol və UEFA-nın birgə konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirin məqsədi futbolda danışılmış oyunlarla mübarizə üzrə cari çağırışlar və başlıca inkişaf istiqamətlərini müzakirə etmək və məlumatlılığı artırmaq, habelə operativ səviyyədə hüquq-mühafizə orqanları, məhkəmə hakimiyyəti və idmanla maraqlı tərəflər arasında əməkdaşlığı  təkmilləşdirmək üçünŞ mövcud iş modellərini və qabaqcıl təcrübələri təqdim etməkdir.

Konfrans futbolda mütəşəkkil cinayətkarlığa və danışılmış oyunlara qarşı mübarizə ilə məşğul olan hüquq-mühafizə, məhkəmə və idman orqanlarının öz görkəmli təcrübələri ilə töhfə verən beynəlxalq ekspertlərini bir araya gətirib.

Konfransın əsas mövzusu hüquq-mühafizə orqanları və futbol bütövlüyü və toxunulmazlığının təminatçısı olan digər tərəflər arasında operativ əməkdaşlığın genişləndirilməsi olub. Mövcud pandemiya məhdudiyyətlərinə görə hibrid formatda keçirilmiş tədbirdə UEFA-nın AFFA-da olan danışılmış oyunlara qarşı nümayəndəsi Seymur Səlimli də iştirak edib.

Həmin kateqoriyadan