- Baxış sayı: 37
- 21 Aprel 2026 20:20
- Baxış sayı: 88
- Aprel 21, 2026
- 0

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik təqaüdə çıxmazdan əvvəl Kataloniya klubunda məqsədlərini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 61 yaşlı mütəxəssis əvvəllər “narıncılar”ın onun son klubu olacağını bildirmişdi:
“İki məqsədim var və onlardan biri çempionlar liqasını qazanmaqdır. Düşünürəm ki, qarşıdakı illər üçün əla komandamız var. Həmişə dediyim kimi, transfer bazarında düzgün qərarlar qəbul etməliyik – bu, çox vacibdir. Axmaq bir şey edə bilmərik.
İkinci məqsəd “Kamp Nou”da tikinti bitdikdən sonra “Barselona”nın baş məşqçisi olmaqdır. Bu nə vaxt baş verəcəyini heç kim bilmir”.