“Ay-ulduzlular”ımızın heyəti bəllidir

“Ay-ulduzlular”ımızın heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində evdə norveçli həmkarları ilə qarşılaşacaq Azərbaycan millinin heyətinə 25 nəfər dəvət olunub. Bu futbolçular noyabrın 16-da “Bakcell Arena”da baş tutacaq görüşün hazırlıqlarında iştirak edəcək.

Qeyd edək ki, “Qarabağ” klubunun oyunçuları toplanışda noyabrın 7-dən, Mahir Şükürov, Cavid İmamverdiyev, Dmitri Nazarov, Rəhman Hacıyev və Vaqif Cavadov isə noyabrın 10-dan etibarən iştirak edəcəklər.

Qapıçılar: Kamran Ağayev (“Qəbələ”), Səlahət Ağayev (“İnter”), Emil Balayev (“Neftçi”);
Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Tərlan Quliyev (hamsı – “Qarabağ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Elvin Yunuszadə (“Neftçi”), Mahir Şükürov (“Qarşıyaxa”, Türkiyə);

Yarımmüdafiəçilər: Məhəmməd Mirzəbəyov (“İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Ruslan Abışov, Cavid Hüseynov (“Qəbələ”), Qara Qarayev (“Qarabağ”), Mirhüseyn Seyidov, Araz Abdullayev (“Neftçi”), Cavid İmamverdiyev (“Elazığspor”, Türkiyə), Rəhman Hacıyev (“Qaziantəp BB”, Türkiyə);

Hücumçular: Dmitri Nazarov (“Karlsrue”, Almaniya), Vaqif Cavadov (“Qaziantəp BB”, Türkiyə), Vüqar Nadirov (“Qarabağ”), Rauf Əliyev (“Xəzər Lənkəran”), Məhəmməd Qurbanov (“Sumqayıt”), Rəşad Eyyubov (“Simurq”);
Ehtiyat oyunçular: Elnur Allahverdiyev (“Neftçi”), Vurğun Hüseynov (“Sumqayıt”), İlkin Qırtımov (“Simurq”), Nizami Hacıyev (“İnter”), Namiq Ələsgərov (“Qarabağ”).

Həmin kateqoriyadan