«Ay-ulduzlular»ımızın məşqçilər heyəti Antalyada klublarımızı izləyəcək

Berti Foqtsdan fərqli olaraq, Azərbaycan millisinin yeni baş məşqçisi çox fəaldır. Allsport.az saytı xəbər verir ki, Robert Prosineçki iş başına keçdiyi gündən ölkə çempionatının hər turunun bir neçə oyununa canlı tamaşa edir, futbolçularımızı yaxından izləyir.

Təqvim bayramında qısa istirahətdən sonra o, yenə fəaliyyətə keçib. Xorvatiyalı mütəxəssis köməkçiləri ilə birgə yanvarın 9-dan 24-dək Antalya şəhərində olacaq. Məşqçilər heyəti Türkiyədə hazırlıq keçən klublarımızın çalışmalarını və yoxlama matçlarını izləyəcək.

Həmin kateqoriyadan