“Ayaks”ın futbolçusu millimizlə oyun haqda danışdı

“Düzgün oynamasaq da, vacib qələbə qazandıq. Lüksemburq çox yaxşı oyun göstərdi. Bəzi şanslarımız oldu. Amma bizim üçün ən önəmli sonda qələbə qazanmağımızdır”.

Allsport.az xəbər verir ki, bu sözləri DÇ-2022-nin seçmə mərhələsində millimizin rəqibi olan Serbiya yığmasının kapitanı Duşan Tadiç Lüksemburqa qalib gəldikləri oyundan (1:0) sonra deyib.

“Ayaks”ın hücumçusu növbəti oyunda Azərbaycan millisinə də qalib gəlməli olduqlarını bildirib: “Azarkeşləri qələbə ilə sevindirdiyimiz üçün şadam. Bu oyunu unudacağıq. Növbəti oyunda Azərbaycanı məğlub edib Portuqaliya ilə finala bərabər oyuna hazırlaşmalıyıq”.

Serbiya millimizlə oktyabrın 12-də Belqradda qarşılaşacaq.

Həmin kateqoriyadan