Ayın ən yaxşı baş məşqçisi kim olacaq?

Ayın ən yaxşı baş məşqçisi kim olacaq?

İngiltərə premyer liqasının mətbuat xidməti oktyabr ayının ən yaxşı məşqçisi adına namizədlərin adlarını açıqlayıb. Allsport.az xəbər verir ki, ayın ən yaxşısı adına 4 mütəxəssis iddia edir:

Nunu Santu (“Nottinqem Forest”, 3 oyunda 2 qələbə və 1 heç-heçə), Pep Qvardiola (“Mançester Siti”, 3 oyunda 3 qələbə), Fabian Hurtzeler (“Brayton”, 3 oyunda 2 qələbə və 1 heç-heçə) və Arne Slot (“Liverpul”, 3 oyunda 2 qələbə və 1 heç-heçə).

Həmin kateqoriyadan