“Ayntraxt” Emil Balayevi transfer etdi

Məlum olduğu kimi, futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin qapıçısı Emil Balayev noyabrın 26-dan etibarən Almaniyanın “Ayntraxt” klubunun düşərgəsinə yollanmışdı. Allsport.az xəbər verir ki, o, dekabrın 12-dək Frankfurt təmsilçisinin bazasında baxışda olub.

Gənc futbolçumuz bu müddət ərzində özünü yaxşı tərəfdən göstərə bilib. Nəticədə, Bundesliqa klubunun məşqçilər korpusu azərbaycanlı qapıçını almağa qərar veriblər. Emilin bundan sonra “Ayntraxt”da oynayacağını rəsmi olaraq “Neftçi” tərəfi də təsdiqləyib.

Hazırda Bakıda olan qapıçımız vətənə dönməzdən öncə Frankfurt klubu ilə müqavilə də imzalayıb. Anlaşmaya əsasən o, əsas komandada çıxış edəcək.

Həmin kateqoriyadan