“Ayntraxt”ın baş məşqçisi və idman direktoru qapıçımızdan danışdı

Almaniyanın “Ayntraxt” klubunun idman direktoru Bruno Hübner və baş məşqçi Tomas Şaaf azərbaycanlı qapıçı Emil Balayevin transferi ilə bağlı fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, onlar Frankfurt təmsilçisinin rəsmi saytına açıqlamasında bunları söyləyiblər:

Hübner: “Biz çox istedadlı gənc qapıçı ilə müqavilə imzaladıq. Kevin Trapp və Feliks Vidvald kimi qapıçılarımız da var. Təcrübəli qolkiper Timo Hildebrandın klubumuzdakı gələcəyi isə tam dəqiq deyil. Amma Emil Balayevi onun mümkün gedişini sığortalamaq üçün almamışıq. O, bizə gələcəkdə kömək edəcək”.

Şaaf: “Biz Emillə perspektiv üçün müqavilə imzalamışıq. Yəni, hazırda qapıçılarımızla bağlı yaranmış situasiya Balayevi almağımız üçün motivasiya sayıla bilməz”.

Qeyd edək ki, “Ayntraxt” Balayevlə ilyarımlıq müqavilə imzalayıb. Amma tərəflər işbirliyi uğurlu olacağı halda, daha iki illik müqavilə ilə də bağlı ilkin razılığa gəliblər.

Həmin kateqoriyadan