“Ayntraxt” tərəfdarları final biletlərini Bakı kəndlərində yoxsul uşaqlara hədiyyə edib

Almaniyanın “Ayntraxt” klubunun azarkeşləri gözəl addım atıblar. Allsport.az saytı xəbər verir ki, “qartallar”ın tərəfdarları Avropa liqasının final oyununa olan biletlərini azərbaycanlılara hədiyyə edib. Məsələ burasındadır ki, almanlar hələ bu ayın əvvəlində Bakıda keçiriləcək final görüşünə bilet alıblar.

Lakin onların sevimli komandaları yarımfinal mərhələsində “Çelsi”yə məğlub olaraq, mübarizən dayandırıb. Belədə, fanatlar 100-ə yaxın biletli Azərbaycanda yoxsulluq içində yaşayan uşaqlara bağışlayıb.

Xatırladaq ki, final görüşü mayın 29-da ssat 23:00-da Bakı olimpiya stadionunda başlayacaq və “Arsenal”la “Çelsi” üz-üzə gələcəklər.

Həmin kateqoriyadan