Ayxan Abbasov: “Astra” həqiqətən güclü komanda təsiri bağışlayır

Sabah “Zirə” avroliqanın 2-ci ələməsində Rumıniyanın “Astra” klubunun qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, görüşdən öncə baş məşqçimiz Ayxan Abbasovun mətbuat konfransında bunu deyib:

“Biz də eynilə rəqib komanda kimi bir qədər gec bir araya gəldik. Bizim də heyətimizdə 7-8 yeni futbolçu var. Uyğunlaşma üçün bir az vaxta ehtiyacımız var. Avrokuboklarda ilk dəfədir çıxış edirik, bu bizim debüt mövsümümüzdür. Daha böyük təcrübəyə ehtiyacımız var. Lakin komanda şəklində bu oyuna çox ciddi hazırlaşmışıq.
Rəqibimiz barədə fərdi şəkildə oyunçulardan məlumat toplamırıq.

Ümumiyyətlə, “Astra” haqqda məlumat toplamaq elə də çətin deyil. Klub haqda ümumi məlumata sahibik. Rəqibin heyətində də yeni futbolçular var. Bizim üçün də maraqlıdır ki, “Astra” oyuna hansı heyətlə çıxacaq və yeni futbolçularla hansı üslubda oynayacaq. Məşqçi işini müşahidə etdikdə görünürki, rəqib topla oynamağı sevir.

“Astra” həqiqətən güclü komanda təsiri bağışlayır. Qitəmiqyaslı yarışlarda oyun təcrübəsinə malikdir. Lakin biz də çalışacağıq ki, lazımi nəticəni əldə edək”.

Həmin kateqoriyadan