- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov ölkə çempionatının 18-ci turunda evdə “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan danışıb. Allsport.az saytı xəbər verir ki, 38 yaşlı mütəxəssis ilk hissədə rəqibin yaxşı təsir bağışladığı, amma fasilədən sonra üstünlüyün onlarda olduğunu deyib:
“Azarkeşlərimizdən üzr istəyirik. 2 fərqli hissə izlədik. Bəzi futbolçularda həyəcan vardı. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Ancaq qalib gəlmək istəyirsənsə, qol vurmalısan. Ancaq bu duruma düşən özümüzük. Futbolçulara da bildirdim ki, daha çox çalışmalıyıq”.