Ayxan Abbasov: “Differdanj”la ilk görüşün evdə olması bizə üstünlükdür

Bu gün Avropa liqasında yeni mövsümünün 1-ci və 2-ci təsnifat mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, avrokubokda debüt edəcək “Zirə” Lüksenburqun “Differdanj” komandası ilə qarşılaşacaq. Komandamızın baş məşqçi Ayxan Abbasovun rəqiblə bağlı fikri belə olub:

“”Differdanj” ölkəsinin ən güclü 2 klubundan biridir. Turnir cədvəlinə baxdım, komanda çempionla eyni xalı toplayıb və yalnız top fərqinə görə ilk sıranı əldən verib. Bundan sonra rəqib haqda daha da geniş məlumat toplamağa çalışacağıq.

Oyuna ciddi hazırlaşacağıq. İlk oyunun evdə olması bizim üçün üstünlükdür. Bakıya döndükdən sonra həm hazırlaşmaq, həm də rəqibi analiz etmək üçün vaxtımız olacaq. Avropa liqasında debüt edəcəyik, təcrübəmiz azdır. Çətin olacağını bilirik. Çalışacağıq ki, qarşıdakı iki oyunda yaxşı oynayıb turu keçək”.

Həmin kateqoriyadan