- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avropa liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubuna 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandıran “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov fikrini bölüşüb. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:
“Əlbəttə, üzücü oldu. Rəqibin gücünü bilirdik. İlk yarıda qarşılarını alsaq da, ikinci hissədə penaltilərlə iki qol buraxdıq. Səviyyə göz önündədir, rəqib avrokubok təcrübəsi olan komandadır. Bu gün gənclərimizin avrokubok təcrübəsi qazandıqlarına sevinə bilərik. Artıq bu günü unudaraq, Azərbaycan Premyer Liqasına köklənməliyik”.