Ayxan Abbasov: “Problemlər mərhələ adlamamağımıza bəhanə olmamalıdır”

Avropar liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunun qəbul edəcək “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qarşılaşma barədə danışıb:

“Milli komandada 3 futbolçumuzun yer almasi bizi sevindirir. Heyətdə dəyişikliklər olub. “Sumqayıt”ı xeyli oyunçu tərk edib. Bütün çətinliyə rəğmən, sabah özünüzü göstərməliyik. Problemlər mərhələ adlamamağımıza bəhanə olmamalıdır.

Rəqibdə də pandemiya üzündən çempionat dayandı. Onlar 3 əsas futbolçusunu itirməsinə baxmayaraq, gücünü itirməyib. “Şkendiya”nın son oyunlarını izləmişik. Ümid edirəm ki, isdədiyimiz taktikanı həyata keçirə biləcəyik”.

Həmin kateqoriyadan