Ayxan Abbasov: Uduzmağa layiq deyildik

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov ölkə çempionatının 25-ci turunda “Səbail”ə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunu deyib:

“Qələbəni əldən buraxdıq. Uduzmağa layiq deyildik. Bu oyunda qalib gəlib, kuboka motivasiyalı getmək istəyirdik. Hər şey son oyunlarda həll olunacaq.

Futbolçular meydanda çalışdılar. Ümid edirik ki, qarşıdakı oyunlarda sonluq qoymağı da bacaracağıq. Builki acıları unutdurmaq üçün kubokda uğurlu olmalıyıq”.

Həmin kateqoriyadan