“Azərsun arena”da 2 yubiley

Premyer liqanın 10-cu turunda “Qarabağ” – “Sumqayıt” qarşılaşması 2 futbolçu üçün yubileylə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, Abdullah ZubirElvin Bədəlov ölkə çempionatlarında 100-cü matçını keçiriblər.

2018-ci ilin yayında “Qarabağ”a transfer olunan yarımmüdafiəçi, bu oyunda sonradan meydana çıxıb. Azərbaycanda 5-ci mövsüm keçirən Zubir yalnız Ağdam klubunda çıxış edib. O, 2018/19 mövsümündə 23, 2019/20 mövsümündə 19, 2020/21 mövsümündə 26, ötən çempionatda 25 dəfə şans qazanıb. Cari yarışda isə 7-ci dəfə meydana çıxıb.

Elvinin premyer liqada debütü daha əvvələ təsadüf edib. 2013/14 mövsümündə “Neftçi”nin heyətində şans qazanan müdafiəçi bu komandadakı 4 mövsümdə 41 oyun keçirib. 2018-ci ilin yayından “Sumqayıt”ın şərəfini qoruyan müdafiəçi “Gənclik şəhəri” təmsilçisindəki 59-cu matçına start “11-lik”də başlayıb.

Qeyd edək ki, “Azərsun arena”da matçda meydan sahibləri 3:1 qələbə qazanıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish