Azərbaycan çempionu Avropanın 100 ən güclü klubu cərgəsində

Azərbaycan çempionu Avropanın 100 ən güclü klubu cərgəsində

UEFA qitə klublarının yeni əmsalını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bu gecə Avropa Liqasının qrup mərhələsində səfərdə Yunanıstan PAOK-u üzərində qələbə “Qarabağ”ın 12 pillə irəliləyərək, ən güclü 100 klub sırasına düşməsinə səbəb olub. Hazırda Ağdam klubu 18,050 xalla 99-cu yerdədir.

“Qarabağ”ın rəqiblərinə gəlincə, “Fiorentina” (İtaliya) 63,199 xalla 24-cü, PAOK 29,680 xalla 61-ci, Çex Respublikasının “Slovan”ı 23,855 xalla 83-cü sıradadırlar. Bakıda Fransa “Sent-Etyen”inə məğlub olmasına baxmayaraq, “Qəbələ” 1 pillə irəliləyib, 7,800 xalla 181-ci olub.

 

Həmin kateqoriyadan