Azərbaycan klub tarixində böyük uğur üçün ən gözəl fürsət haqq etdiyi “Qarabağ”a düşüb

“Qarabağ” çempionlar liqasının qrup mərhələsində düşmək üçün böyük imkan qazanıb. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu 3-cü təsnifat mərhələsinə çıxarsa, səpələnmişlər sırasında yer alacaq. Bu isə münasib rəqiblə qarşılaşmaq ehtimalı verəcək.

Çex Respublikasında daha yüksək reytinqə malik “Viktoriya”nın yox, “Slaviya”nın çempion olması “Qarabağ”ın işinə yarayıb. Yüksək dəstədə qaliblərimiz həmişə raundda səpələnməmişlər cərgəsində düşməklə, güclü opponetlə üz-üzə gəliblər. Hesabında 18,050 bal olan “Qarabağ”ın yuxarı əmsalı ona bu yay nisbətən zəif rəqiblə görüşməyə və nəticədə, ilk dəfə pley-offa çıxmağa imkan qazanacaq.

3-cü ələmələrin püşkü iyulun 14-də, 2-ci etapın cavab matçı öncəsi atılacaq.

Həmin kateqoriyadan