- Baxış sayı: 35
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 45
- Aprel 23, 2024
- 0
Avro-2016-nın seçmə mərhələsində Palermo şəhərinin “Renzo Barbero” stadionunda “H” qrupunda yer alan İtaliya və Azərbaycan milli komandaları qarşılaşıb.
Allsport.az saytı xəbər verir ki, meydan sahibinin 2:1 hesabı ilə xeyrinə başa çatan oyunda hər 3 qolu Corcio Kyellini vurub.
O, əvvəlcə 44-cü dəqiqədə tarazlığı pozub. 76-cı dəqiqədə “ay-ulduzlular”ımızın yerinə yetirdiyi künc zərbəsindən sonra, italiyalı müdafiəçi topu öz qapısından keçirib.
Avtoqoldan 6 dəqiqə keçmiş, bir dəfə də fərqlənən Kyellini, komandasını qələbə topunu vurub.
Qrupumuzda digər görüşlərdə Xorvatiya seçməsi səfərdə Bolqarıstanı 1:0, Norveç millisi Maltanı 3:0 hesabları ilə məğlub edib.