“Azərbaycan millisi qələbə qazanmaq istəyirdi”

Qətər yığmasının baş məşqçisi Feliks Sançes Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Allsport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Hər 2 komanda qalib gəlmək üçün meydana çıxmışdı. Bu gün açıq oyun getdi. Azərbaycan millisi hücumameylli futbol nümayiş etdirib qələbə qazanmaq istəyirdi. Rəqibdən belə oyun gözləyirdik. Bəzi məqamlarda biz, bəzən isə rəqib üstün oynadı. Matçın nəticəsini ədalətli hesab edirəm. Baxımlı oyun alındı. Futbolçularım peşəkardırlar və hər oyuna yaxşı köklənirlər, hər oyunda qalib gəlmək istəyirlər. Bu gün yaxşı nəticə qazandıq. Dünya çempionatına hazırlıq baxımından hər oyun bizim üçün vacibdir. Hamı əlindən gələni etdi. Komandamdan razı qaldım. Bu qrupda mübarizə aparmağımız bizim üçün əla təcrübə oldu. Çətin rəqiblərlə qarşılaşdıq. Bu, dünya çempionatı üçün yaxşı hazırlıq oldu”.

Həmin kateqoriyadan