- Baxış sayı: 29
- 23 Sentyabr 2026 17:23
- Baxış sayı: 277
- Sentyabr 17, 2026
- 0
Rusiyalı futbol mütəxəssisi Rüstəm Xuzin Azərbaycan Premyer Liqasında çıxış edən klubların birindən təklif alıb. Allsport.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında məlumat verib:
“Azərbaycan Premyer Liqasında çıxış edən klubların birindən təklif var. Klubun adını hələ açıqlamayacağam. Yeni ilə qədər rəhbərliklə danışacağıq və hər şeyə aydınlıq gələcək. Təklif çox maraqlıdır. Komanda da gənc və yenidir. Qarşısında məlum hədəflər var. Yaxşı düşünmək lazımdır”.
Qeyd edək ki, tatar mütəxəssis 2007-ci ildən məşqçiliyə başlayıb. O, öncə Kazanın “Rubin” klubunun əvəzedici heyətində çalışıb. Daha sonra “Amkar” və “Nefteximik” kimi klubların baş məşqçisi olmuş mütəxəssis hazırda işsizdir.