- Baxış sayı: 19
- 27 Aprel 2024 21:00
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Avrokubokların qrup mərhələsinin VI turundan sonra ölkələrin UEFA reytinqi açıqlanıb. Allsport.az xəbər verir ki, “Qarabağ”ın Avropa liqasında Bakıda “Hakken”ə qalib gəlməsindən sonra, Azərbaycan 1 pillə irəliləyib.
Ölkəmizin hesabına 0,500 xal əlavə edilib. Qurban Qurbanovun komandası pley-ofa yüksəldiyi üçün, reytinqimizə daha 0,500 gəlib. Nəticədə cari mövsümdəki xallarımız 4,875-ə, son 5 mövsümdəki əmsalımız 19,125-ə çatıb. Bununla da, Azərbaycan UEFA sıralamasında Rusiyanı qabaqlayaraq, 28-ci yerə yüksəlib.
Beynəlxalq arenadan təcrid olunan şimal qonşularımız 18,632 xala malikdir. Azərbaycandan öndə olan Slovakiyanın isə 19,625 əmsalı var.