Azərbaycan UEFA əmsalında 2 pillə irəliləyib

Avrokubokların 2-ci ələməsinin ilk oyun günündən sonra UEFA əmsalı açıqlanıb. Allsport.az saytı xəbər verir ki, çempionlar liqasında “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubu üzərində 5:0 hesablı qələbəsi Azərbaycanın irəliləməsinə səbəb olub. Qələbə sayəsində xal hesabımız 1,250-yə çatıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan reytinqimiz 16,000-a qədər yüksəlib. Bu da Bolqarıstan və Belarusa çatmaq imkanı verib. Hər üç ölkənin xalı eyni olduğundan, əlavə göstəricilər nəzərə alınıb və belədə, biz 21-ci yerədək irəliləmişik.

 

Həmin kateqoriyadan