Azərbaycan UEFA əmsalında irəliləyə doğru bir addım da atıb

Azərbaycan UEFA əmsalında irəliləyə doğru bir addım da atıb

Azərbaycanın UEFA reytinqində mövqeyi güclənib. Allsport.az saytı xəbər verir ki, “Qarabağ”ın Avropa liqasının 3-cü təsnifatının ilk oyununda Finlandiya “Helsinki”ni 2:1, “Sabah”ın konfrans liqasının eyni mərhələsinin 1-ci matçında Serbiya “Partizan”nı 2:0 üstələtib. Bu qələbələr əmsala daha 0,500 bal yazıb.

Son 5 mövsümün göstəricisinə əsasən, hazırda ölkəmiz 16,250 balla əvvəlkitək 29-cu yerdədir. Azərbaycan 28-ci pillədə olan Slovakiyanı (16,500 bal) keçməyə yaxındır. Bunun üçün həmin ölkədən 1 qələbə artıq qazanmaq lazımdır.

Hazırda Slovakiya avrokuboklarda mübarizəni 2, Azərbaycan isə 3 komanda ilə davam etdirir. 27-ci pillədəki Bolqarıstan 17 xala malikdir və onların avrokuboklarda 2 klubu qalıb. Beləliklə, bu mövsüm Azərbaycanın UEFA reytinqində ən azı 2 pillə irəliləməsi istisna edilmir.

Azərbaycan mövsümə 14,250 bal ilə başlayıb.

Həmin kateqoriyadan